Dnepropetrovsk vilayətində Rusiyanın hücumu nəticəsində 12 nəfər həlak olub
Dnepropetrovsk vilayətində Rusiyanın hücumu nəticəsində 12 nəfər həlak olub

Ukraynanın Dnepropetrovsk vilayətində Rusiyanın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində 12 nəfər həyatını itirib.

Ukrayna mediasının məlumatına görə, pilotsuz uçuş aparatı avtobusun yaxınlığında düşüb.

Hücum nəticəsində daha yeddi nəfər yaralanıb.

Yayılan məlumata əsasən, avtobus Pavlohrad rayonunda yerləşən müəssisələrdən birinə məxsus olub.