Dmitro Kuleba - Entoni Blinkenin Ukraynaya dəstək məqsədilə səylərini yüksək qiymətləndirirəm, ağır silahlar gündəmimizin başındadır və bizi daha çox şey gözləyir
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynaya silah tədarükü məsələsini müzakirə edib.
Bu barədə Ukraynanın xarici işlər naziri “Twitter” səhifəsində yazıb.
“Dövlət katibi Entoni Blinkenlə danışdım. Mən onun ABŞ və dünya tərəfindən Ukraynaya dəstəyini təmin etmək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirirəm. Ağır silahlar gündəmimizin başındadır və bizi daha çox şey gözləyir. Ukrayna və ABŞ Rusiyanın düşüncəsiz blokadasına baxmayaraq, ərzaq ixracımızı təmin etmək üçün əl-ələ veriblər”-deyə Kuleba “Twitter”-də yazıb.