Dmitri Şaşkin - Mən "Milli Hərəkatın" üzvüyəm deyə, niyə eyni zamanda, qeyri-hökümət təşkilatının rəhbəri olmağa haqqım yoxdur

“Milli Hərəkatın” üzvü Dmitri Şaşkin bəyan edir ki, “Gürcü Arzusu” isterikaya düşüb, çünki bilirlər ki, seçkilərdə məğlub olacaqlar.

Şaşkin “Gürcü Arzusunun” üzvü Tea Tsulukianinin bəyanatına səsləndi və onu yeni bir sirk nömrəsi adlandırdı.

“Təqribən son üç həftədir, “Gürcü Arzusunun” tam isterikasını görürük. Başa düşürəm ki, məğlub olurlar, başqa gözləntiləri də olmamalıdır, çünki insanları teror edən, qorxudan, döyən, yaralayan, atəş edən bandalar yaradanda, bilməlisən ki, seçkilərdə məğlub olacaqsan. İsterikaya düşüb, bəyan edirlər ki, biz özümüz özümüzə atəş edirik, öz aktivistlərimizi döyürük, öz bilbordlarımıız kəsib-tökürük və sairə.

Bugün Tea Tsulukiani növbəti sirk nömrəsi ilə çıxış etdi və bəyan etdi ki, qeyri-hökümət təşkilatları seçkiləri saxtalaşdırırlar. Xanım nazirin hüquqşünas diplomu yoxdur və aydındr ki, hüquqi məsələlərdə çətinlik çəkir. Gürcüstan qanun-vericiliyi ilə, qeydiyyatdan keçdikdən sonra, müəyyən müddəti keçməyən QHT-lər seçkilərdə müşahidəçi ola bilməz.

Onu deyəndə ki, biz bunun üçün yeni təşkilatlar yaradır, yalan deyir. Mənim qeyri-hökümət təşkilatı yaratmağa konstitusiya ilə tam hüququm var. Mən və dostların 2014-cü ildə, seçkilərə müşahidəçilik edən qeyri-hökümət təşkilatı yaratdıq, hansı ki, seçkilərə 2016-cı, 2017-ci, 2018-ci illərdə müşahidəçilik edirdi və indi də edəcək. Bu QHT-lər eyni zamanda, Ukraynada seçkilərə müşahidəçilik edirlər və Orta Asyada müxtəlif layihələr həyata keçirirlər və buna qanunla icazə verilir.

Mənim bir sualım var, bilirsiniz ki, seçki məntəqələrindəki seçki komisiyalarında müxtəlif partiyalardan 12 üzv olmalıdır, ancaq bu meyarla, sadəcə 10 nəfər var komisiyalarda. O 10 nəfər “Gürcü Arzusu”-nun nümayəndəsidir.

Seçki Komisiyasının bunu etməyə haqqı var, ancaq mənim QHT sahibi olmaq haqqım yoxdur mu? Logika hardadır?

Jarqonuma görə bağışlayın, ancaq, kimsə Bidzina İvanişvilinin “başını qatıb” ki, komisiyada 10 nəfərə təsir edə bilirik və seçkiləri saxtalaşdıracağıq. Düşünməyin ki, buna imkan verəcəyik” – dedi Dmitri Şaşkin.

Xatırladaq ki, Tea Tsulikiani bəyan etdi ki, 129 müşahidəçi təşkilatdan 32-si birbaşa müxalifət partiaları ilə bağlıdır.

Tsulukianinin dediyinə görə, ən çox müşahidəçi təşkilatı, 20 təşkilat “Milli Hərəkatın” var.