Dmanisidə su təminatı layihəsi həyata keçirilir
Dmanisidə su təminatı layihəsi həyata keçirilir

Dmanisi munisipalitetinin səkkiz kəndi bir neçə aya, 24 saat ərzində su ilə təmin ediləcək.

Kvemo-Kartli bölqəsinin qubernatoru Şota Rexviaşvili və Dmanisi munisipalitetinin meri Giorgi Tatuaşvili Mtisdziri kəndində su rezervuarlarını və magistral xəttlərinin inşaat işlərini yoxladılar.

Qubernator administrasiyasının məlumatına görə, layihənin həyata keçirilməsi nəticəsində, munisipalitetinin səkkiz – Hamamlı, Bəzəkli, Məmişli, Vake, Yuxarı Oruzman, Aşağı Oruzman, Dəllər və Cavax kəndinə 24 saat ərzində su veriləcək.

Layihənin maddi dəyəri 1 068 169 lari təşkil edir, hansı ki, yerli büdcədən ayrılacaq.

Layihə cari ilin oktyabr ayında qüvvəyə minəcək.