Dmanisidə mağazaların birində baş verən insindentlə bağlı polis şöbəsində dindirilmə davam edir
Dmanisidə mağazaların birində baş verən insindentlə bağlı polis şöbəsində dindirilmə davam edir

Dmanisidə mağazaların birində baş verən insindentlə bağlı polis şöbəsində dindirilmə davam edir.

Mayın 16-da gənclər arasında baş verən qarşıdurmada iştirak edən iki şəxsin dindirilməsi dünən gecədən davam edir. Üç nəfəri isə, hüquqmühafizəçilər ekspertizaya göndəriblər.

Polis şöbəsinə mağazanın sahibi və satıcısı da gediblər.

“Dörd oğlan gəldi və sonradan ödəmək şərti ilə pivə istədilər. Mən dedim ki, “nisyə” verə bilmərəm. Onlar isə, məni təhqir etdilər. Səs-küyə qaynatam gəldi və onu döydülər.  Sonra polis çağırdıq. Daha sonra həmin gənclər mağazaya 40 nəfərlə bərabər gəldilər və əllərindəki dəynəklərlə mağazayı dağıtmağa başladılar”, – deyir mağazanın satıcısı Saidə İsmayılova.

Xatırladaq ki, dünən Dmanisidə mağazada insindent baş verdi.

İnsindent zamanı döyülən mağaza sahibinə gərəkən tibbi yardım göstərildi və hazırda öz evindədir.

Dmanisinin girişində isə, hüquqmühafizəçilər səfərbər olunublar.