Diplomatik korpusun nümayəndələri "Tbilisi Pride" həftəliyi çərçivəsində planlaşdırılan tədbirdə iştirak etmək məqsədi ilə əraziyə gedirlər
Diplomatik korpusun nümayəndələri “Tbilisi Pride” həftəliyi çərçivəsində planlaşdırılan tədbirdə iştirak etmək məqsədi ilə əraziyə gedirlər.
Hüquq-mühafizə orqanlarının işçiləri, tədbir iştirakçılarının girişdə problem yaşamamaları üçün ərazidə xüsusi dəhliz yaradıblar.
Bununla yanaşı, “Tbilisi Pride” həftəliyi çərçivəsində filmin nümayişinin planlaşdırıldığı ərazinin yaxınlığında vəziyyət vaxtaşırı gərginləşir.
Ultra-milli qrupların nümayəndələri pride həftəliyi çərçivəsində keçirilən tədbirlərə gedən insanlara yumurta və butulka atırlar.
Xatırladaq ki, polis “Tbilisi Pride”- a qarşı çıxan bir neçə nəfəri ərazidən uzaqlaşdırdı.



