DİN - Parlamentin yanında baş verən qarşıdurma zamanı polis 20 nəfəri həbs etdi
DİN - Parlamentin yanında baş verən qarşıdurma zamanı polis 20 nəfəri həbs etdi

Parlamentin yanında baş verən qarşıdurma zamanı, hüquqmühafizəçilərə müqavimət göstərmək ittihamı ilə, polis 20 nəfəri həbs etdi.

Bu barədə məlumatı Birinci Kanala Daxili İşlər Nazirliyi verdi.

Nazirliyin dediyinə görə, 20 nəfər inzibati hüququn pozuntuları məcəlləsinin 173-cü maddəsinə müvafiq olaraq, həbs ediliblər.

Parlamentin yanında vəziyyət bir neçə dəfə gərginləşdi.

Müxalifət aktivistləri parlamentin girişinin yanında çadırlar qurmaq istəyirdilər və polis onlara mane oldu.

Aktivistlərlə birlikdə parlamentin qabağındaki aksiyada “Milli Hərəkatın” üzvü Levan Xabeişvili də iştirak edirdi.

Xabeişvili polisi onların çadırlarını oğurlamaqla ittiham etdi və polislərə “oğrular” dedi.