DİN - Fövqəladə vəziyyət zamanı tətbiq olunan cərimə və faizlərin  ödənilməsinə dair   güzəşt müddəti başa çatıb
DİN - Fövqəladə vəziyyət zamanı tətbiq olunan cərimə və faizlərin  ödənilməsinə dair   güzəşt müddəti başa çatıb

 

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fövqəladə vəziyyət zamanı tətbiq olunan cərimə və faizlərin  ödənilməsinə dair güzəşt müddəti, mayın 23-də ,fövqəladə vəziyyət rejiminin ləğvi ilə birlikdə başa çatıb.

Qurumdan qeyd olunduğu üzrə, Daxili İşlər Nazirliyinin Tbilisi və Rustavi Vahid Xidmət Mərkəzləri vətəndaşların qəbulunu mayın 27-dən etibarən bərpa edəcəklər. Həmçinin, Patrul Polisinin qanun pozuntularının qeydiyyatı və təhlili üzrə regional şöbələrində  işlər bərpa olunacaq.

“Vətəndaşların təhlükəsizliyi məqsədi ilə, Vahid Xidmət Mərkəzi Gürcüstan Hökumətinin Qurumlararası  Koordinasiya Şurasının tövsiyyələrini tam yerinə yetirir. Mərkəz, vətəndaşlara müraciət edərək, yerindəcə xidmət görmək üçün müəssisələrə maska ilə getməyə çağırır.

Tbilisi və Rustavi Vahid  Xidmət Mərkəzləri vətəndaşlara adi qaydada, bütün təhlükəsizlik normalarına əməl olunaraqdan , “Vahid pəncərə” prinsipi ilə  50-dək polis xidməti təklif edəcək.

Bundan əlavə, vətəndaşlara uzaqdan xidmət göstəriləcək ,bununla da , vətəndaşlar evdən çıxmadan patrul polisinin mövcud  xidmətlərindən – 2 41 42 42 və ya  www.police.ge veb səhifəsi  vasitəsilə yararlana biləcəklər.

İyun  ayının 1-dən etibarən Vahid Xidmət Mərkəzində həmçinin xidmət agentliyinin əməkdaşı fəaliyyətini bərpa edəcək və  vətəndaşlara ″Vahid pəncərə″ prinsipi ilə  arayışlarla bağlı xidmətlər göstərəcək.

Bunlara  : şəxsin mühakimə olunması, həbs olunması, nəqliyyat vasitələrinin hüquqi vəziyyəti, dövlət sərhəddinin şəxs tərəfindən keçilməsi və silahın hüquqi vəziyyəti haqqında və s. daxildir ″-deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

 

Hazırladı-Sevinc Mustafayeva