DİN - fəlakətin episentri olan Şovidə torpaq kütləsinin 90 faizi yoxlanılıb
DİN - fəlakətin episentri olan Şovidə torpaq kütləsinin 90 faizi yoxlanılıb

 
Oni Munisipalitetində, fəlakət zonasında yanğınsöndürən-xilasedicilər axtarış işlərini davamlı olaraq aparırlar.

Daxili İşlər Nazirliyi axtarış işlərinin həm təbii fəlakətin episentrində, həm də Rioni və Chanchaxa çaylarının məcrasında aparıldığına dair məlumat yayır.

“Hazırda fəlakətin episentrinin torpaq kütləsinin 90 faizi yoxlanılıb. Axtarış işlərinə həm canlı qüvvə, həm də ağır texnika və üzən vasitələr cəlb olunub. Aparılan axtarış tədbirləri çərçivəsində 25 nəfərin meyiti tapılıb, 8 nəfərin axtarışları davam etdirilir”- deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Avqustun 3-də Şovidə sürüşmə baş verib.