DİN - bu mərhələdə, dəqiqləşdirilmiş məlumata əsasən, Qudauridə qəzaya uğrayan helikopterin göyərtəsində 8 nəfər olub
DİN - bu mərhələdə, dəqiqləşdirilmiş məlumata əsasən, Qudauridə qəzaya uğrayan helikopterin göyərtəsində 8 nəfər olub

 

Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda, bu mərhələdə, dəqiqləşdirilmiş məlumata əsasən, Qudauridə qəzaya uğrayan helikopterin göyərtəsində 8 nəfərin olduğu deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında da qeyd olunduğu üzrə, paraplançının təlimatçısı, onu müşayiət edən sərnişin və helikopterin göyərtəsində olan şəxslərin xilasetmə tədbirləri davam etdirilir.

“Daxili İşlər Nazirliyinin müvafiq bölmələri Qudauri yaxınlığındakı əraziyə, hadisə yerinə səfərbər olunublar və bütün lazımi tədbirləri həyata keçirirlər.

Bu gün Qudauri yaxınlığında paraplanla uçuş zamanı iki nəfər qayalıq yamaca düşüb. Xilasetmə əməliyyatına Sərhəd Polisinə məxsus helikopter cəlb olunub və əməliyyatın gedişatı zamanı idarəetməni itirərək qəzaya uğrayıb.

Bu mərhələdə, dəqiqləşdirilmiş məlumata əsasən, helikopterin göyərtəsində dörd ekipaj üzvü, eləcə də Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin iki xilasedicisi və Səhiyyə Nazirliyinin Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin iki tibb işçisi olub.

Daxili İşlər Nazirliyi paraplançının təlimatçısı, onu müşayiət edən sərnişin və helikopterin göyərtəsində olan şəxslərin xilasedilməsi istiqamətində tədbirləri davam etdirir.

Hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə istintaq aparılır” – deyə məlumatda deyilir.