Dimitri Medvedev-sanksiyalar beynəlxalq təcavüz aktı, hətta müharibənin başlaması üçün səbəb kimi də qiymətləndirilə bilər
Dimitri Medvedev-sanksiyalar beynəlxalq təcavüz aktı, hətta müharibənin başlaması üçün səbəb kimi də qiymətləndirilə bilər

 

Sanksiyalar beynəlxalq təcavüz aktı, hətta müharibənin başlaması üçün səbəb kimi də qiymətləndirilə bilər-bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib.

Medvedevin sözlərinə görə, Rusiyaya qarşı qeyri-qanuniliyi bütün səviyyələrdə dəfələrlə vurğulanan birtərəfli məhdudlaşdırıcı tədbirlərin indiki təkəbbürlü və kinayəli praktikası iqtisadi müharibə elan etməyə oxşardır.

“Bir daha vurğulamaq istərdim ki, müəyyən şəraitdə bu cür düşmənçilik tədbirləri beynəlxalq təcavüz aktı, hətta müharibənin başlaması üçün səbəb kimi də qiymətləndirilə bilər. Onlara cavab olaraq dövlətin fərdi və kollektiv müdafiə hüququ var”- deyə Dimitri Medvedev bildirib.