Dimitri Medvedev - Rusiya Ukraynada bütün məqsədlərinə nail olacaq və bizim şərtlərimizlə sülh olacaq
Ukraynada bizim şərtlərimizlə sülh olacaq, – Rusiya mətbuatının yazdığına görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Rusiya bütün məqsədlərə nail olacaq və sülh olacaq.
“ABŞ və Ukraynada peşəkar silah oğruları ciblərini yaxşı dolduracaqlar. Terrorçular və radikallar daha çox öldürücü hərbi texnikaya sahib olacaqlar. Rusiya bütün məqsədlərinə çatacaq, Avropada və okeanın o tayında çaşqın siyasi impotentlərin qırıldadıqları şərtlərlə deyil, bizim şərtlərimizlə sülh olacaq” -deyə Medvedev yazır.