Dimitri Kumsişvili - Bütün qonaqlarımızı əmin etmək istəyirəm ki, bütün kanat yollarımız texniki olaraq, problemsiz çalışır
Dimitri Kumsişvili - Bütün qonaqlarımızı əmin etmək istəyirəm ki, bütün kanat yollarımız texniki olaraq, problemsiz çalışır

Gürcüstanın İqtisadiyyat Naziri Dimitri Kumsişvili bəyan edir ki, Gürcüstanın bütün kanat yolları texniki yoxlanışdan keçib və problemsiz çalışır.

Bugün keçirdiyi mətbuat konfransında Dmitri Kumsişvili bəyan etdi ki, kanat yollarında çalışan personal yenidən hazırlandı.

“Bütün qonaqlarımızı əmin etmək istəyirəm ki, bütün kanat yollarımız texniki olaraq, problemsiz çalışır, personal yenidən hazırlandı və müvafiq olaraq qəza hallarında necə reaksiya verəcəklərini bilirlər” – dedi Kumsiişvili.

Gürcüstanın İqtisadiyyat Naziri Dimitri Kumsişvilinin bəyanatına görə, martın 16-da Qudauridə kanat yolunda baş verən qəzaya, əsasən, elektrik enerji gücünün düşməsinə doğru reaksiya verə bilməyən operator səbəb oldu.

Dimitri Kumsişvili bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, ekspertiza nəticəsində məlum oldu ki, martın 16-da elektrik enerji gücünün düşməsi həqiqətən də kanat yolunun dayanmasına səbəb oldu, ancaq kanat yolunun dayanmasından sonra, operator onu yanlış istiqamətdə çalışdırdı.

Qudauridə, kanat yolunda martın 16-da baş verən qəza nəticəsində 11 nəfər zərər gördü.