Diğomidə təhsil şəhəri tikiləcək

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili və İnfrastruktur inkişafının milli agentliyinin rəhbəri Zviad Rostomaşvili Diğomidə Təhsil və Elm şəhərciyi layihəsi çərçivəsində aparılan məktəb komplekslərinin inşaat prosesini yoxladılar.

Nazirliyin məlumatına görə, bu mərhələdə daxili təmir işləri aparılır, hansılar iki həftə ərzində başa çatacaq.

Həmçinin Nazirliyin məlumatına görə, Təhsil və Elm şəhərciyi layihəsinin ilk mərhələsində, Davit Ağmaşenebeli xiyabanının 12-ci kilometrində, 1300 şagird üçün nəzərdə tutulan məktəb kompleksinin inşaatı başladı.

Məktəb A və B bloklardan ibarət olacaq. Bloklar bir-birilərindən keçiş qalereyası ilə ayrılacaq.

Məktəbdə kitabxana, təbiət dərsləri üçün laboratoriyalar, konfrans zalları, yeməkxana, həkim kabineti və üç idman zalı olacaq.

Layihənin dəyəri 20 milyon laridir.

İnşaat prosesində ekoloji baxımından təmiz inşaat materiallarından istifadə edildi.

Təhsil və Elm şəhərciyi layihəsi şərçivəsində, həmçinin, incəsənət koleci və multifunksiyalı mərkəzin inşaatı planlaşdırılır.