Diğomidə baş verən atışma ilə bağlı istintaq iki maddə ilə aparılır
Diğomidə baş verən atışma ilə bağlı istintaq iki maddə ilə aparılır

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Diğomi qəbristanlığının yanında baş verən atışma ilə bağlı istintaq qəsdlə qətlə yetirmək cəhdi və qanunsuz silah saxlama maddələri ilə aparılır.

Digər təfərrüatlarla bağlı məlumatı nazirlik bu mərhələdə yaymır.

Mövcud olan məlumata görə, bugün Diğomidə qəbristanlıq ərazisində atışma baş verdi və zərər görənlər var, ancaq nə qədər insanın yaralandığı və cinayətin səbəbinin nə olduğu hələlik naməlumdur.