Didube rayonunun icra başçısı- Diğomi massivinin 4-cü kvartalında baş vermiş partlayış nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb
Didube rayonunun icra başçısı Lado Dzneladzenin sözlərinə görə, ilkin məlumata görə, Diğomi massivinin 4-cü kvartalında qaz partlayışı baş verib.
Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.
” İlkin məlumata görə, qaz partlayışıdır, pəncərələr çərçivədən çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bir neçə ailə zərər görüb. İlkin məlumata görə, onların yaşayış sahəsinə ciddi ziyan dəyib. Biz hər şeyi öyrənəcəyik və Tbilisi Munisipaliteti öz səlahiyyətləri daxilində müvafiq köməklik edəcək. Partlayış zamanı evdə bir nəfər olub və o, yüngül xəsarət alıb” – deyə icra başçısı bildirib.