Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri olacaq
Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri olacaq

Birləşmiş Krallığın yeni xarici işlər naziri Brexitdən əvvəl ölkəyə 2010-2016-cı illərdə rəhbərlik etmiş keçmiş baş nazir Devid Kemeron olacaq.

Məlumatı “BBC” yayıb.

Baş nazir Rişi Sunak Nazirlər Kabinetində kadr dəyişikliklərinə daxili işlər naziri Suela Bravermanı vəzifəsindən azad etməklə başlayıb. Onun postunu artıq keçmiş xarici işlər naziri olan Ceyms Kleverli təhvil alıb.

Həmçinin təhsil naziri istefa verib və səhiyyə naziri vəzifəsindən getməyi tələb edib.