Deutsche Welle - Dünyanın hər yerindən pasientlər bakteriofaq müalicəsi üçün Gürcüstana gedirlər
Dünyanın hər yerindən pasientlər bakteriofaq müalicəsi üçün Gürcüstana gedirlər, – bu barədə Deutsche Welle bakteriofaqların xeyri haqqında məqalədə yazır.
“Doiçe Velle”-nin məqaləsində antibiotiklərə qarşı rezistentliyə diqqət yetirilir və deyilir ki, bununla Gürcüstandaki bakteriya əmiciləri vasitəsi ilə mübarizə edilir.
“Antibiotiklərin effektiv olmadığı halda nə edilməlidir? Gürcüstandaki bakteriya əmiciləri antibiotiklərə qarşı rezistentliklə mübarizə edirlər. Dünyanın hər yerindən pasientlər məhz bunun üçün Gürcüstana gedirlər” – deyilir məqalədə.
Bununla yanaşı, məqalədə deyilir ki, bakteriofaqlar o viruslardır, hansılar ki, onlara “ev sahibliyi” edən, yəni onları tərkibində saxlayan bakteriyanın çoxalması ilə mübarizə edirlər.
Bakteriofaq terapiyası faqların oral şəkildə qəbulunu nəzərdə tutur. Qəbul edildikdən sonra faqlar pasientin orqanizmində sağ qalmaq üçün kolleqa bakteriyalarla birləşirlər.
Faqlar bakteriya hüceyrələrinin polyarlığını dəyişirlər, nəticədə yeni-yeni faqlar yaranır və onların azad edilməsi prosesi həyata keçirilir. Azad edilmiş faqlar isə, müxtəlif bakteriyalarla birləşirlər və bütün zərərli bakteriyalar yox olana qədər bu proses davam edir.
Qeyd edilməlidir ki, bu mərhələdə, bakteriofaqlarla müalicəyə qərb ölkələrində izin verilməyib.
“Doiçe Velle” yazır ki, Niderlandlarda yaşayan Tanya Dideren 30 il ərzində, xronik dəri xəstəliyi olan İnversiv akne ilə antibiotiklərlə mücadələdən sonra, radikal bir qərar verərək, bakteriofaqla müalicə üçün Gürcüstana getdi. 2019-cu ildə o antibiotiklərlə müalicəyi dayandırdı, çünki onların artıq effekti yox idi.
Pasient deyir ki, bakteriofaqlarla müalicə haqqında məlumatı televizordan öyrəndi və belə bir müalicənin keçirildiyi yerləri axtarırkən Giorgi Eliava adına Bakteriofaq, Mikrobiologiya və Virusologiya İnstitutunu tapdı, hansında dünyadaki bakteriofaqların ən böyük kolleksiyası mövcuddur.
“Doiçe Velle” yazır ki, iki həftəlik müalicədən sonra, pasient vətəninə faqlarla dolu bir orqanizmlə qayıtdı. İnversiv akne-si yenə də arada-bir olur, ancaq əvvəlki intensivliklə deyil. Üç ayda bir dəfə o, Gürcüstandan göndərilən faqları almaq üçün Belçikaya gedir, çünki Belçika bakteriofaqların mövcud olmasına izin verilən yeganə Avropa ölkəsidir.
Məqaləyə əsasən, bakteriofaqların üstünlüyü ondadır ki, faqlar bakteriyalardan bir addım öndədirlər və rezistentliyə qarşı gələ bilirlər.
Həmçinin, qeyd edilməlidir ki, faqlar sadəcə konkret növlü bakteriyaları yox edirlər, digərlərinə isə, zərər vermirlər. Sadəcə olaraq, müalicəyə başlamadan öncə, xəstəliyə hansı bakteriyanın səbəb olduğu dəqiq bilinməlidir.
Bəzi hallarda, faqlar hər bir pasient üçün individual şəkildə yaradılır.