Deputatlar parlamentdə iclasa başlamaq üçün saat 15:00-da növbəti qeydiyyatdan keçəcəklər
Gürcüstan Parlamentinin plenar iclası üçün qeydiyyat saat 15:00-da keçiriləcək. Bu haqda parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvilinin qeyd etdiyi kimi, müxalifət qəsdən qeydiyyatdan keçmir, bu səbəbdən də kvorum bir neçə dəfə baş tutmayıb.
Parlamentin sədri “Gürcü Arzusu”nun nümayəndələrini saat 15:00-da iclasa gəlməyə çağırıb.
Gürcüstan Parlamentinin plenar iclası kvoruma görə başlaya bilmir. İclası açmaq üçün 76 qanunvericinin qeydiyyatdan keçməsi lazımdır.