Denis Şmiqal Ukraynanın yenidən qurulması üçün 750 milyard dollar lazım olduğunu bildirir
Denis Şmiqal Ukraynanın yenidən qurulması üçün 750 milyard dollar lazım olduğunu bildirir

 

Ukraynanın yenidən qurulması üçün 750 milyard dollar lazımdır. “BBC”nin yazdığı üzrə, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal Luqanoda Ukraynanın bərpası ilə bağlı konfransda bildirib.

Denis Şmiqalın konfransda da dediyi kimi, Rusiyanın təcavüzü nəticəsində Ukraynanın infrastrukturuna 100 milyard dollar birbaşa ziyan dəyib.

Luqanoda davam edən iki günlük konfransda 40-dan çox dövlət və 20-dən çox beynəlxalq təşkilat iştirak edir.

Konfransda müharibədən sonra Ukraynanın bərpası üçün yol xəritəsinin tərtib edilməsi planlaşdırılır.