Demonstrantlar Filarmoniyanın qabağında avtomobili çevirdilər və sındırdılar [Video]

Demonstrantlar Filarmoniyanın qabağında avtomobili çevirdilər və sındırdılar.

Etiraz edənlər Rustaveli prospektindən hələ Kostava, sonra Melikişvili prospektinə, sonra isə, Çavçavadze prospektinə getdilər və Universitet binasının yanında dayandılar.

Daha sonra onlar Varazisxeviyi bağlamağa çalışdılar.

Birinci Kanalın kamerası demonstrantlar arasında Universitetin pəncərəsinə daş atanları görüntülədi.

“Milli Hərəkat”-ın liderləri bəyan edirlər ki, bu axşam parlamentin yanında yenə aksiya keçiriləcək.