Dekabrın 27-də və 28-də Rikoti avtomobil tunelində yol hərəkatı qadağan ediləcək
Tbilisi-Senaki-Leselidze (Rusiya Federasiyasının sərhədi) avtomobil yolunun 143–cü kilometrində tunelin idarəsinin avtomatizasiyalı sisteminin (SCADA) yeniləşdirilməsi həyata keçirilir və bu səbəblə, 2017-ci ilin dekabrın 27 və 28-də, gecə saat 00:00-dan səhər saat 07:00-yə qədər tuneldə hər növ avtomobil hərəkatı qadağan ediləcək.
Bu barədə məlumatı avtomobil yolları departamenti yayır.
İdarənin məlumatına görə, qeyd olunan dövrdə, nəqliyyat axını Rikoti avtomobil yolunun girişindən keçməli olacaq.