Dedoplisğaro əhalisi mart, aprel və may aylarının təmizləmə vergisindən azad olundu
Dedoplisğaro munisipalitetinin əhalisi mart, aprel və may aylarının təmizləmə vergisindən azad olundu. Bu barədə qərarı Dedoplisğaro munisipalitetinin Sakrebulosu qəbul etdi.
“Gürcüstanda yeni koronavirus ilə yaranmış sosial-iqtisadi durumun pisləşməsinə görə, Dedoplisğaro munisipalitetinin əhalisi (fiziki şəxslər) 2020-ci il mart, aprel və may aylarının təmizləmə vergisindən tamamilə azad olunsun.
2020-ci il mart, aprel və may aylarının vergisini artıq ödəmiş fiziki şəxlərin ödədikləri məbləğləri şəxsi abünə kartlarında əks olunacaq”, – Dedoplisğaro munisipalitetinin Sakrebulosu tərəfindən qəbul olunan qərarda deyilir.
Sənəddə qeyd olunubdur ki, fiziki şəxslərin hüququ var qeyd olunan güzəştdən imtina etsinlər var və bunun üçün munisipalitetin kommunal xidməti mərkəzinə müraciət etməlidirlər.