Davit Zalkaniani San-Tome da Prinsipin Milli Assambleyasının prezidenti ilə işğal edilmiş ərazilər haqqında söhbət etdi
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani San-Tome da Prinsipin Milli Assambleyasının parlament nümayəndə heyyəti ilə görüş keçirdi.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Gürcüstan və San-Tome da Prinsip demokratik respublikası ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, milli assambleyanın prezidenti San-Tome da Prinsipin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha təstiqlədi.
Qonaqlarla söhbət zamanı Davit Zalkaniani Gürcüstanın qarşısında olan çağırışlar haqqında da söhbət etdi.