Davit Zalkaniani - martın 23-24-də Berlindən və Afinadan xüsusi reys ilə 300 vətəndaş qaytarıldı, müxtəlif istiqamətlərə uçuşlar mərhələ şəklində həyata keçiriləcək
Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkanianinin bəyanatına görə, martın 23-də Tbilisi-Berlin-Batumi istiqamətinə xüsusi reys həyata keçirildi və 300 vətəndaş Gürcüstana qaytarıldı.
Onun dediyinə görə, xaricdə olan Gürcüstan vətəndaşları mərhələ şəklində, vətənlərinə qaytarılacaqlar.
Nazir medya ilə reyslərin ardıcıllığı haqqında da danışdı.
Nazirin dediyinə görə, martın 26 və 31-də Vena və Amsterdam istiqamətinə avia-reyslər həyata keçiriləcək.