Davit Zalkaniani - Ququtiantkaridəki qeyri-qanuni borderizasiya və Çorçona kəndinin yanında baş verənlər göstərir ki, faktiki olaraq, anneksiya addımları davam edir
Gürcüstanın suverenliyinin gücləndirilməsi və ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsi əsas prioritetlərimizdən biridir, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani parlamentdə xarici əlaqələr, avrointerqasiya və diaspora məsələləri üzrə komitələrin birgə iclaslarında bəyan etdi.
Onun dediyinə görə, bütün il ərzində, Gürcüstanın Xarici İşlər Nazirliyi konsolidasiya və mobilizasiya baxımından beynəlxalq dostluğa qoşulmuşdu.
“Bilirsiniz ki, çox ciddi çətinliklərimiz oldu, məsələn, Ququtiantkaridəki qeyri-qanuni borderizasiya və Çorçona kəndinin yanında baş verənlər göstərir ki, faktiki olaraq, anneksiya addımları davam edir” – dedi nazir Zalkaniani.
Nazirin dediyinə görə, bu məsələ ilə bağlı Cenevrə danışıqlarının formatı qərar verici və önəmlidir.
“Bu Rusiya ilə danışıqlar apara biləcəyimiz yeganə formatdır” – dedi Zalkaniani.
David Zalkaniani bugün parlamentdə, üç komitənin birləşdirilmiş iclasında, deputatların qarşısında çıxış edir.