Davit Zalkaniani - Danışıqlar aparılır və Libyada olan iki gürcü dənizçisi yaxında ölkəmizə qayıdacaq
Danışıqlar aparılır və Libyada olan iki gürcü dənizçisi yaxında ölkəmizə qayıdacaq, – bu bəyanatı Xarici İşlər Naziri namizədi Davit Zalkaniani parlamentdə “Vətənpərvərlər alyansı və sosiyal-demokratlarla” görüş zamanı verdi.
Zalkanianinin dediyinə görə, dövlət əlindən gələni edir ki, bu məsələ tez həll olunsun.
“Dənizçilərimizin həbs edildiyi ilk gündən bəri fəal şəkildə Libya ilə danışıqlar aparırdıq. Onlardan dördünü artıq ölkəyə qaytara bildik. Libyada qalan Kakaladze və Komaxidze ilə bağlı isə, fəal prosedurlar aparılır. Onlara verilən cəza müddəti artıq başa çatıb və cari ilin sonuna qədər dənizçilər evlərinə qayıdacaqlar.
Münhen Təhlükəsizlik Konfransında Libyanın Xarici İşlər Naziri ilə şəxsən görüşdüm və məsələ ilə bağlı onunla da danışdım” – dedi Davit Zalkaniani.