Davit Zalkaniani BMT-nin baş katibi ilə telefon söhbəti apardı

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani BMT-nin baş katibi Antonio Qutiereş ilə telefon söhbəti apardı.

XİN-in Birinci Kanala verdiyi məlumata görə, Xarici İşlər Naziri BMT-nin baş katibinə Gürcüstanın işğal edilmiş ərazilərində yaranan vəziyyət haqqında məlumat verdi. Söhbət həmçinin, Abxaziyada keçirilən qanunsuz, qondarma prezident seçkilərinə də toxundu.

Xarici işlər Nazirliyində bəyan edirlər ki, BMT-nin baş katibi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi.