Davit Zalkaniani - Avropalı həmkarlarımla görüş zamanı əsas mövzum işğal xəttində baş verən hadisələr və işğalçı rejimin qeyri-qanuni hərəkətləridir

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkanianinin bəyanatına görə, BMT və partnyor təşkilatlarının nümayəndələri ilə görüş zamanı, Gürcüstanın işğal olunmuş ərazilərində yaranan gərgin vəziyyətin yumuşaldılması üçün həyata keçirilə biləcək tədbirlər və mexanizmlər müzakirə olunacaq.

Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Naziri baş assambleya çərçivəsində keçirilən ilk görüşləri şərhləndirərkən verdi.

Onun dediyinə görə, Avropalı həmkarları ilə görüşün əsas mövzusu işğal xəttində baş verən hadisələr və işğal rejiminin qeyri-qanuni hərəkətləri idi.

Davit Zalkaniani qeyd etdi ki, partnyorlarla görüş zamanı, həmçinin, Gürcüstanın inteqrasiya prosesinə də diqqət yetirildi.

BMT-nin baş assambleyası çərçivəsindəki səfərin ilk günündə Davit Zalkaniani yunan, Danimarkalı, Estoniyalı, Avstriyalı, İranlı, Kubalı həmkarları ilə görüşdü.