Davit Zalkaliani- Yerevandakı Gürcüstan səfirliyi ilə Ermənistanın Səhiyyə Nazirliyindən komunikasiya qurulub və nazirin adından baş vermiş hadisə səbəbi ilə narahatçılıq ifadə edilib
Yerevandakı Gürcüstan səfirliyi ilə Ermənistanın Səhiyyə Nazirliyindən komunikasiya qurulub və nazirin adından baş vermiş hadisə səbəbi ilə narahatçılıq ifadə edilib-bu barədə Gürcüstanın Xİ naziri Davit Zalkaliani Ermənistan Respublikasının Səhiyyə naziri tərəfindən verilmiş bəyanatı şərh edərkən bildirib.
“İlk cavab olaraq, biz bir az bundan əvvəl gördük ki, onlar rəsmi feysbuk səhifəsində bu mövqe ilə bağlı müvafiq açıqlama veriblər. Bir az bundan əvvəl Yerevandakı səfirliyimiz mənimlə əlaqə saxladı. Mənə məlumat verdilər ki, bir az bundan əvvəl Ermənistanın Səhiyyə Nazirliyindən səfirliyə zəng daxil olub. Səhiyyə Nazirliyinin Beynəlxalq Münasibətlər Departamentinin direktoru Ermənistanın Səhiyyə nazirinin adından zəng edərək, nazirin adından, sözlərindən gürcü həmkarlarının inciməsinə görə narahatçılıq ifadə edib. Onların izahatına görə,onun sözləri səhv şərh edilib.Səfirlikdən bu mövqeyin Tbilisiyə çatdırılması istənilib″-deyə nazir bildirib.
Zalkalianinin sözlərinə görə, Ermənistanın Səhiyyə nazirinin şərhinin mətbuatda yayılmasından sonra səfirlik erməni tərəfi ilə əlaqə qurub.
Eyni zamanda, Xarici İşlər naziri məlumatı yoxlamağın və dəqiqləşdirməyin zərurətindən danışıb.
″Bugünkü dünyada heç bir şey gizlədilə bilməz, heç bir hal gizli qalmayacaq, çünki yoxlamaq üçün çox sayda mexanizm var.
İnanmaq istəyirəm ki, bu mətbuatda səhv şərh edilib və Ermənistanın Səhiyyə nazirinin bir az bundan əvvəl səfirliyə edilən zəngində ifadə edilən narahatçılıq səmimidir”- deyə Davit Zalkaliani bildirib.
Hazırladı-Sevinc Mustafayeva