Davit Zalkaliani - Demokratik institutların gücləndirilməsi strateji partnyorlarla əməkdaşlığın əsas iqtiqamətlərindən biridir və Mayk Pompeo ilə bu mövzu haqqında da danışacağıq

Demokratik institutların gücləndirilməsi strateji partnyorlarla əməkdaşlığın əsas iqtiqamətlərindən biridir, biz bu haqda hər zaman danışırıq və Mayk Pompeo ilə bu mövzu haqqında əlbəttə ki, yenə danışacağıq” – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani verdi.

Bu bəyanatla Davit Zalkaliani jurnalistlərin “Mayk Pompeo ilə parlament seçkiləri haqqında danışıb-danışımayacaqları” ilə bağlı suallarına cavab verdi.

“Demokratik instituların möhkəmləndirilməsi daimi bir prosesdir və strateji partnyorlarımızla bu məsələləri hər zaman müzakirə edirik. Əlbəttə ki, bu dəfə də, bu mövzularla bağlı söhbət ediləcək” – dedi Davit Zalkaliani.

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo bugün Gürcüstana gəldi.

Mayk Pompeoyu hava limanında Xarici İşlər Naziri Davit Zalkaniani, ABŞ-ın Gürcüstandaki səfiri Keli Deqnan və Gürcüstanın ABŞ-daki səfiri Davit Bakradze qarşıladılar.

Səfər çərçivəsində, dövlət katibi Gürcüstanın baş naziri Giorgi Qaxaria, prezidenti Salome Zurabişvili və Xarici İşlər Nazirli Davit Zalkaliani ilə görüşəcək.

Mayk Pompeo Tbilisidə Gürcüstanın Katalikos-Patriarxı İkinci İlia ilə də görüşəcək.

Səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər Gürcüstanda və regionda mövcud olan vəziyyəti və təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edəcəklər. Tərəflər həmçinin, həyata keçirilən demokratik və iqtisadi islahatları da müzakirə edəcəklər.

Səfər zamanı Amerika Birləşmiş Ştatlarının Gürcüstana və onun ərazi bütövlüyünə və avro-atlantik inteqrasiasına olan dəstəyi yenə bir daha təsdiqlənəcək.

Qeyd olunmalıdır ki, Dövlət Katibinin Gürcüstana səfəri qlobal pandemiya şərtlərinə həyata keçirilir.

Həmçinin, qeyd olunmalıdır ki, Gürcüstanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək.