Davit Sergeenkonun bəyanatına görə, az yaşlı uşağın ölüm səbəbi qızılcanın ən nadir növü oldu
Davit Sergeenkonun bəyanatına görə, az yaşlı uşağın ölüm səbəbi qızılcanın ən nadir növü oldu

Səhiyyə Naziri David Sergeenkonun bəyanatına görə, Tbilisidə az yaşlı uşağın ölüm səbəbi qızılcanın ən nadir növü oldu. Səhiyyə naziri ölən uşağın ailəsinə baş sağlığı verdi.

“İlk öncə, baş verən acı hadisəyə görə üzüntümü bildirmək istəyirəm. Bu həqiqətən də böyük faciədir. Təəsüf ki, uşaqda qızılca xəstəliyinin ən nadir və ağır – qanayan forması var idi və həkimlər onu xilas edə bilmədilər” – dedi Sergeenko.

Xatırladaq ki, Tbilisidə 56 saylı uşaq baxçasında təhsil alan az yaşlı uşaq həyatını itirdi.

Bağça müəllimlərinin dediyinə görə, uşağa gərəkən bütün vaksinasiyalar edilmişdi.

İlkin məlumata görə, az yaşlının anemiyası var idi və qızılca da onun vəziyyətini daha da ağırlaşdırdı.