Davit Matikaşvili - Radikalizmlə mayalanmış və doymuş müxalifətin taleyi fiaskodur
Davit Matikaşvili - Radikalizmlə mayalanmış və doymuş müxalifətin taleyi fiaskodur

 
Toplananların yerini dəyişməklə cəm dəyişmir, bu həqiqət və aksioma çox uyğundur, müxalifətin vahid siyahısı ilə bağlı verilmiş suala gəlincə, istər vahid siyahı olsun, istərsə də ayrı-ayrı təmsil olunsunlar, radikalizmlə mayalanmış və doymuş müxalifətin taleyi fiaskodur-bu haqda “Gürcü Arzusu”nun üzvü Davit Matikaşvili açıqlayıb.

Matikaşvili, müxalifətin oktyabrda mütləq məğlubiyyəti dadacağını bildirib.

“Vahid siyahı təqdim edilsə, daha yaxşı olar, çünki seçki qutusuna gedən seçici üçün kimə dəstək verməmək daha gözə çarpan olacaq, çünki onsuz da bir işarə və bir çardaq altında birləşən radikal müxalifət, formal olaraq bölünsə belə, vahid siyahı ilə təqdim olunsa, bütün seçicilərə bir səslə deyəcək ki, onu dəstəkləməsinlər. Ayrı-ayrılıqda təqdim olunarsa, radikal “Milli Hərəkat” məkanında parçalanacaq həmin siyasi qüvvələr eyni taleyi bölüşəcəklər”-Matikaşvili açıqlayıb.