Davit Matikaşvili - Avropa İttifaqında bu günədək gedən proseslərin Avropa İttifaqının seçiciləri üçün arzuolunan olmadığı ortaya çıxdı, bu, hamı üçün üzərində düşünülməsi gərəkən faktdır
Davit Matikaşvili - Avropa İttifaqında bu günədək gedən proseslərin Avropa İttifaqının seçiciləri üçün arzuolunan olmadığı ortaya çıxdı, bu, hamı üçün üzərində düşünülməsi gərəkən faktdır

 

Avropa İttifaqında bu günədək gedən proseslərin Avropa İttifaqının seçiciləri üçün arzuolunan olmadığı ortaya çıxdı, bu, hamı üçün üzərində düşünülməsi gərəkən və diqqətəlayiq faktdır-bu haqda parlament çoxluğunun üzvü Davit Matikaşvili açıqlayıb.

Davit Matikaşviliyə Avropa Parlamentinin seçkiləri ilə bağlı sual ünvanlanıb.

“Avropanın seçiciləri Avropa Parlamentində bu günədək mövcud olan vəziyyəti dəstəkləmədi. Bir çox Avropa ölkəsində məhz bu seçkilərdən sonra məsələn, yeni seçkilərin təyin edilməsi, bəzi ölkələrdə birinci şəxslərin istefa verməsi və s. kimi siyasi proses inkişaf etdi. Bu, onu göstərdi ki, real olaraq əhali Avropa Parlamentində prosesləri və Avropa İttifaqının siyasətini idarə edən siyasi sistemə, siyasi oyunçulara bu günə qədər olduğu kimi etibar göstərmədi. Əlbəttə, bu, bizim dostlarımız da daxil olmaqla, hamı üçün üzərində düşünülməsi gərəkən və diqqətəlayiq faktdır, çünki Avropa İttifaqında bu günədək gedən proseslərin Avropa İttifaqının özünün seçiciləri üçün arzuolunan olmadığı ortaya çıxdı” – Davit Matikaşvili açıqlayıb.