Davit Kirkitadze məhkəmə zalından azad edildi [Video]

“Milli hərəkatın” liderlərindən biri Davit Kirkitadze məhkəmə zalından azad edildi.

Bu qərarı bugün Qurcaani Rayon Məhkəməsinin hakimi verdi.

İclasda “Milli Hərəkatın” üzvləri iştirak edirdilər, hansılar hakimin qərarını alqışlarla qarşıladılar.

“Milli hərəkatın” həbsdə olan liderlərindən biri Davit Kirkitadze bugünki məhkəmə prosesində suçunu etiraf etdi və baş verənlərə görə üzr istədi.

Davit Kirkitadze bəyan etdi ki, o polis institutuna hörmət edir. “Mən polislərdən üzr istəyirəm, çünki onların fəaliyyəti çox əhəmiyyətlidir” – dedi Kirkitadze.

“Milli Hərəkatın” lideri Davit Kirkitadze polisə qarşı zorakılıq və müqavimət suçu ilə dekabrın 17-də həbs edilmişdi.