Gürcü cüdoçu Davit Kareli (60 kq) Bosniya-Herseqovinada yeniyetmələr arasında keçirilən dünya çempionatının qalibidir.
Finalda gənc idmançı fransız Kelvin Raini baxımlı fəndlə, ipponla məğlub edib.
Bir neçə dəqiqəyə ikinci gürcü Saba Samadaşvili (66 kq) də turnirin finalında mübarizə aparacaq. Onun rəqibi özbək Şohcaxon Otaboev olacaq.
Xatırladaq ki, dünən turnirin ilk günündə iki gürcü – Davit Lomitaşvili və Saba Sabaşvili bürünc medal qazanıblar.