Davit Bakradze - "Avropa Gürcüstanının" sədrliyindən və üzvlüyündən imtina edirəm və pauza götürürəm
Partiyanın bu günki iclasında nədən iştirak etmədiyimi açıqlamaq istəyirəm, bu barədə bəyanatı “Avropa Gürcüstanının” sabiq üzvü davit Bakradze yayır.
Davit Bakradze bəyan edir ki, bu mərhələdə hansısa partiyaya qoşulmağı düşünmür və pauza mərhələsindədir.
“Partiyamızın seçkilərdəki yetərsiz nəticələrinə görə, düşünürəm ki, partiyada reorqanizasiya keçirilməlidir və yeni simalar daxil edilməlidir, ancaq, bu məsələ ilə bağlı Giqa Bokeria ilə fikir ayrılığımız oldu və o lider pozisiyasından çıxmaqdan imtina etdi. Mən Giqanın fikrinə hörmət edirəm, ancaq düşünürəm ki, onun bu mövqeyi partiyanın maraqlarına xidmət etmir. Partiyanın fundamental yeniləşdirilməsinin baş tutmamasına görə, partiyanın üzvlüyündən imtina edirəm. Əlbəttə ki, emosiyonal olaraq, mənim üçün çox çətin bir qərar oldu. Bu mərhələdə heç bir partiyaya qoşulmağı da düşünmürəm”, – yazır Davit Bakradze sosiyal şəbəkə “Facebookda”.