Davit Baqrationi-Muxranelinin vəkili zorakılıq ilə bağlı Anna Baqration-Qruzinskinin ittihamlarını rədd edir
Davit Baqrationi-Muxranelinin vəkili Levan Çxeidze ailə zorakılığı ilə bağlı Anna Baqration-Qruzinskinin ittihamlarını yalan adlandırır.
“Kral ailəsinin nümayəndəsinə qarşı irəli sürülən ittihamlar yalan və böhtəndır. Xanım Annaya qarşı sabiq həyat yoldaşı tərəfindən hərhansı zorakılıq törədilməyib. Söhbət sadəcə olaraq, krallıq titullarının və 90 min larinin bölüşməsindən gedir və qarşı tərəfin məhkəmədə məğlub ola biləcəyinə görə, Davit Baqrationiyə qarşı zorakılıq ittihamları irəli sürüb” – dedi vəkil.
“Əgər belə bir zorakılıq faktı var idisə, nəyə görə onlar 6 il susdular və bu ittihamı indi ortaya atdılar? Xanım Anna Saquramoda bir dəfə belə olmayıb və orada heç bir gecə qalmayıb. Sabiq həyat yoldaşı ilə də 2012-ci ildə boşandı. Davit Baqrationi həyat yoldaşından öz təşəbbüsü ilə ayrıldı, nəyə görə onu döyüb, zorla evdə saxlasın ki?” – dedi Davit Baqrationinin vəkili Levan Çxaidze.
Xatırladaq ki, Gürcüstanın kraliçəsi tituluna sahib olan Anna Baqrationi-Qruzinski, sabiq həyat yoldaşı tərəfindən zorakılıq qurbanı olduğu ittihamları ilə bağlı, Tbilisi Baş Polis Mərkəzində sorğudadır.