Davit Babayan bəyan edir ki, Dağlıq Qarabağdan 120 000 etnik erməni Ermənistana gedəcək, çünki onlar Azərbaycanda yaşamaq istəmirlər və etnik təmizləmədən qorxurlar
Davit Babayan bəyan edir ki, Dağlıq Qarabağdan 120 000 etnik erməni Ermənistana gedəcək, çünki onlar Azərbaycanda yaşamaq istəmirlər və etnik təmizləmədən qorxurlar

Dağlıq Qarabağdan 120 000 etnik erməni Azərbaycanın tərkibində yaşamaq istəmədikləri və etnik təmizləmədən qorxduqları üçün Ermənistana gedəcəklər, – Bu barədə Dağlıq Qarabağ administrasiyası kimi adlandırılan yerin nümayəndəsi Davit Babayan “Reuters” agentliyinə məlumat verib.

Babayanın qeyd etdiyinə əsasən, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmir və ərazini tərk etməyə üstünlük verirlər.

“Yazıq xalqımızın taleyi erməni xalqının və bütün sivil dünyanın rüsvayçılığı kimi tarixə düşəcək. Bizim taleyimizə cavabdeh olanlar bir gün günahlarına görə Allah qarşısında cavab verməli olacaqlar”, – Babayan bildirib.

Qarabağ Administrasiyası kimi adlandırılan yerin nümayəndəsi onu da bildirib ki, etnik erməni döyüşçülər silahlarını təhvil verirlər. Bundan əvvəl Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin hüquqlarını qoruyacaqlarını, onların yaşamasına icazə verəcəklərini bildirib. Azərbaycan onlara zərər vermək niyyətini dəfələrlə təkzib edib.