Davit Araxamianın sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzbəüz görüşü sabah İstanbulda saat 10:00-da başlayacaq

 
Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzbəüz görüşü sabah İstanbulda saat 10:00-da başlayacaq-bu barədə
Ukraynanın hakim partiyasının parlament fraksiyasının sədri David Araxamia məlumat yayıb.

Bundan əvvəl Araxamia Türkiyədə danışıqların bu gün başlayacağını bildirmişdi.

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar barədə məlumatı Türkiyə prezidentinin mətbuat xidməti də təsdiqləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında Ukraynadakı müharibə məsələsinin dünən telefon danışığında müzakirə edildiyi məlum olub.