Algeti Milli Parkında – Daşbaşı kanyonunda, ekoturist infrastrukturu tikiləcək.
Qorunmuş ərazilər agentliyinin məlumatına görə, layihəyə əsasən, kanyonda unikal bir şüşə körpüsü tikiləcək.
vesty.co.il veb-səhifəsində isə, layihənin foto-materialı yerləşdirilib.
Layihə üzərində, Kass Land (Kass Group) adlı yahudi şirkəti işləyir.
Layihənin tam dəyəri 45 milyon dollar olacaq, sadəcə körpünün özü isə, 15 milyon dollara başa gələcək.
Unikal şüşə körpüsü 2020-ci ilin avqust ayında açılacaq.
Körpünün ortasında isə, ən cəsur olanlar üçün uçurumun tam üstündə olan xüsusi bar yerləşdiriləcək.
Ehtimala görə, unikal körpü Tsalka rayonuna minimum iki milyon turist cəlb edəcək.




