Darecan Çxetiani - Bolnisi mərkəzi xəstəxanasının stasiyonar bölmələri adi rejimdə işləməyə davam edir
Darecan Çxetiani - Bolnisi mərkəzi xəstəxanasının stasiyonar bölmələri adi rejimdə işləməyə davam edir

Bolnisi mərkəzi xəstəxanasının stasiyonar bölmələri adi rejimdə işləməyə davam edir, – bu barədə bəyanatı Bolnisi mərkəzi klinikasının rəhbəri Darecan Çxetiani verdi.

Darecan Çxetianinin dediyinə görə, klinikaya müraciətlər azaldı, çünki əhalinin artıq məlumatı var ki, xəstəxanaya sadəcə təcili hallarda müraciət etməlidir.

“Şübhəli hallara gəlincə isə, son üç gecə-gündüz ərzində, sadəcə üç şübhəli hal qeydə alındı. Onlardan birinin analizi mənfi çıxdı, yəni koronavirus aşkarlanmadı, digərlərinin isə, cavabı gözlənilir” – dedi Darecan Çxetiani.