Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı üç dəfə azalıb

Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı keçən il ilə müqayisədə üç dəfə azalıb.

Danimarkanın miqrasiya xidmətinin göstəricilərinə əsasən, cari ilin yanvar-avqust aylarında Gürcüstan vətəndaşları tərəfindən 81 ərizə qeydə alınıb. Keçən il isə, ərizələrin sayı 264 idi.

2018-ci ildə Danimarkadan 402 Gürcüstan vətəndaşı sığınacaq istəmişdi.

Eritrea və Suriyədən sonra, bu göstəricilərlə Gürcüstan üçüncü yerdə idi.

Qeyd edilməlidir ki, heç bir Gürcüstan vətəndaşı Danimarkadan sığınacaq ala bilməyib.

İllərin göstəricilərinə görə, Danimarkadan sığınacaq istəyən Gürcüstan vətəndaşlarının statistikası belədir: 2014-cü ildə -111, 2015-ci ildə – 100, 2016-cı ildə – 73, 2017-ci ildə – 76, 2018-ci ildə – 402; 2019-cu ildə (yanvar-avqust) – 81.

2018 – ci il ilə müqayisədə, digər ölkələrdən, məsələn, Almaniya və İslandiyadan sığınacaq istəyənlərin sayı da azalıb.