Danimarka və Gürcüstanın müdafiə nazirlikləri yeni proqrama başlayırlar
Danimarka və Gürcüstanın müdafiə nazirlikləri yeni proqrama başlayırlar

 

Danimarka və Gürcüstanın müdafiə qurumları əməkdaşlığı gücləndirirlər. Müdafiə nazirinin birinci müavini Lela Çikovaniyə yeni müdafiə attaşesi polkovnik Yens Erik Hjortu təqdim edən Danimarka səfiri Ane Toft Sorensen ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari məsələlərini və gələcək planlarını müzakirə ediblər.

Müdafiə Nazirliyinin məlumatında Lela Çikovaninin Danimarka tərəfinə göstərdiyi qəti siyasi və praktiki dəstəyə görə təşəkkür etdiyi və yeni attaşeyə uğurlar arzuladığı deyilir. Görüşdə regiondakı çağırışlar fonunda tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi üçün praktiki mexanizmlərdən effektiv istifadənin vacibliyi vurğulanıb.

Danimarka səfiri və attaşe Milli Qvardiyada da olub, onları Gürcüstan müdafiə nazirinin birinci müavini Lela Çikovani və Milli Qvardiyanın rəisi, briqada generalı Roman Coxadze qəbul ediblər. Səfər çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib və SNGP çərçivəsində Danimarka tərəfinin Milli Qvardiyaya verdiyi texnikaya baxış keçirilib.

Yeni proqram çərçivəsində Danimarkanın Daxili Qvardiyası və Fövqəladə Halların İdarə Olunması Agentliyi növbəti 4 il ərzində Gürcüstana davamlılığını gücləndirməkdə kömək edəcək.