Danimarka tərəfi Gürcüstanın Müdafiə Qüvvələrinə avtomobillər və kompüter avadanlığı təhvil verib
Danimarka tərəfi Gürcüstanın Müdafiə Qüvvələrinə avtomobillər və kompüter avadanlığı təhvil verib

Danimarka tərəfi Gürcüstan Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) yolsuzluq avtomobilləri və kompüter avadanlıqlarını təhvil verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayır.

Nazirlik tərəfindən yayılmış məlumatda qeyd edildiyi üzrə, Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili, Danimarka Krallığının Gürcüstandakı səfiri Anne Toft Sorensen və Müdafiə Nazirliyinin nümayəndələri texnika və avadanlıqların təhvil-təslim mərasimində iştirak ediblər.  

Müdafiə naziri göstərdiyi dəstəyə və maliyyə töhfəsinə görə Danimarka tərəfinə təşəkkür edib. Daha sonra qonaqlar mərkəzin yeməkxanasında hərbi qulluqçularla birgə nahar ediblər. Sülh və sabitləşmə proqramı çərçivəsində Danimarka tərəfi JTEC-in yeni simulyasiya, rabitə və informasiya sistemləri mərkəzinin təchiz edilməsi üçün istifadə olunacaq 403 min ABŞ dolları dəyərində məhsul alıb. Proqram çərçivəsində mərkəz üçün iki ədəd yolsuzluq avtomobili (Toyota Land Cruiser) və zəruri kompüter texnikası və avadanlıqları alınıb.