Daniel Haqari - İsrailin Müdafiə Qüvvələri Qəzzanın şimalında "HƏMAS"ın müdafiə xəttini aşdı və döyüşü genişləndirir, qrupun tank əleyhinə qüvvələrinin komandiri öldürülüb
Daniel Haqari - İsrailin Müdafiə Qüvvələri Qəzzanın şimalında "HƏMAS"ın müdafiə xəttini aşdı və döyüşü genişləndirir, qrupun tank əleyhinə qüvvələrinin komandiri öldürülüb

 
İsrailin Müdafiə Qüvvələri Qəzzanın şimalında “HƏMAS”ın müdafiə xəttini aşdı və döyüşü genişləndirir-bu barədə İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari açıqlayıb.

O bildirib ki, qurudan, dənizdən və havadan koordinasiya edilmiş zərbələr vasitəsilə irəliləyiş əldə olunub.

Daniel Haqarinin dediyi kimi, həmçinin “HƏMAS”ın tank əleyhinə qüvvələrinin komandiri öldürülüb, bu da gələcəkdə İsrail hərbçilərinin döyüş qabiliyyətinə ciddi təsir göstərəcək.