Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları bir nəfəri saxlayıblar

Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat əldə etmək və saxlamaqda, aksiz markası olmadan markalanmalı olan külli miqdarda aksizli mallar əldə etmək və saxlamaqda təqsirli bilinən Şida Kartli Polis İdarəsinin əməkdaşı – İ.Q. saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“Cinayət səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şəxsin avtomobilinə, yaşadığı ünvana və iş otağına baxış nəticəsində külli miqdarda rüsumsuz siqaretlər, odlu silahlar, patronlar, ağızlıqlar və maddi sübut kimi pul götürülüb. İstintaq Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi və 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.