Daxili İşlər Nazirliyində aksiyada ictimai asayişi pozduğuna, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyinə və təhqirə görə 14 nəfərin saxlanıldığını bildirirlər
Daxili İşlər Nazirliyində aksiyada ictimai asayişi pozduğuna, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyinə və təhqirə görə 14 nəfərin saxlanıldığını bildirirlər

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda, polisin parlamentin yaxınlığında keçirilən aksiyada 14 nəfəri saxladığı deyilir.

Qurumda, onların İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən saxlanıldıqlarını izah edirlər.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə aksiyanın təşkilatçılarını və iştirakçılarını Daxili İşlər Nazirliyinin nümayəndələrinin qanuni tələblərinə tabe olmağa, qanunun icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığının hüdudlarından kənara çıxmamağa çağırıblar. Aksiya iştirakçıları qanuni tələbi nəzərə almayıblar, ictimai asayişi pozublar, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər və onları sözlə təhqir ediblər, nəticədə polis İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri əsasında 14 nəfəri saxlayıb”-deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya zamanı qurumun bir əməkdaşı xəsarət alıb.

“Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ictimai asayişin qorunması məqsədilə bir neçə saatdır Tbilisidə, Rustaveli prospektinə, parlament binasının yaxınlığına səfərbər olunub. Aksiya iştirakçılarının törətdiyi zorakılıq əməli nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, ona müvafiq tibbi yardım göstərilib” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.