Daxili İşlər Nazirliyi videocərimələrin kvitansiyalarını veb-səhifədə yaymağa başladı
Daxili İşlər Nazirliyi videocərimələrin kvitansiyalarını veb-səhifədə yaymağa başladı.
Daxili İşlər Nazirliyində bəyan edirlər ki, cərimə kvitansiyaları police.ge veb-səhifəsində cərimənin yazıldığı gündən yayılacaq və bu şəkildə, cərimələnən şəxsə tapşırılmış olacaq ki, 30 gün ərzində onu ödəməlidir.
Daxili İşlər Nazirlyinin məlumatına görə, 2017-ci ilin noyabrın 1-də qüvvəyə minən requlyasiyalara əsasən: cərimələnən şəxsə, cərimə haqqında qısa mesaj gələcək.
Cərimənin 10 gün ərzində verildiyi halda, cərimələnən şəxs 20%-lik güzəştdən istifadə edəcək.
Əgər şəxs cərimələr haqqında qısa mesajı aldıqdan sonra, 10 gün ərzində onları ödəməsə, cərimə kvitansiyası qeydiyyat yerindən asılı olaraq, poçt adresi ilə göndəriləcək. Yenə ödənilmədiyi halda, 30-dan 60 gün arasında cərimələnən şəxsə kvitansiya yenə göndərilir.
Cərimə kvitansiyası veb-səhifəsində yayıldıqdan sonra, cərimələnən şəxsə tapşırılmış hesab edilir.
Cərimələrin köhnəlmə müddəti isə, altı ay yerinə 1 il olacaq.
Cərimələrin kvitansiyası police.ge saitində yayılacaq.