Daxili İşlər Nazirliyi son üç ildə ailə cinayətinə görə, 855 nəfəri həbs etdi

Hüquqmühafizəçilər zorakılıq qurbanlarını qorumaq məqsədi ilə, həbs orderlərini 1402 şəxsə qarşı verdilər, – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Nazirliyinin insan hüquqlarının qorunması departamentinin direktoru Londa Toloraia bugün keçirdiyi brifinqdə verdi.

“Ailə zorakılığı və qadına qarşı zorakılıqla mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritetlərdən biri idi.

Nazirliyin ailə zorakılığını törədən cinayətkara qarşı apardığı siyasət ədalətli və sərtdir və zorakılıq qurbanının qorunmasına yönəldilib” – dedi Nazirliyin nümayəndəsi.

Statistik göstəricilərə görə, 2018-ci ilin yanvarın 1-dən bugünə qədər Daxili İşlər Nazirliyinin əməkdaşları bütün Gürcüstan miqyasında ailə zorakılığına görə 855 nəfəri həbs etdilər.

Tbilisidə 424 şəxs həbs edildi, İmeretidə və Raça-Leçxumidə – 78, Kvemo-Kartlidə – 76, Kaxetidə – 68, Şida-Kartlidə – 66, Acarada – 40, Samtsxe-Cavaxetidə – 39, Sameqreloda – 25, Quriyada – 25, Mtsxeta-Mtianetidə – 14.

Konkret cinayətə gəlincə isə, suçluların əksəriyyəti ailə üzvünə qarşı təhdid və zorakılıqdan istifadə etdiklərinə görə, həbs edildilər.